Accessibility links

Mixail Kasyanovun prezident seçkilərində iştirakı qadağan edilib 


Rusiyanın Mərkəzi Seçki Komissiyası bu gün keçmiş baş nazir, Kremli tənqid edən Mixail Kasyanovun mart ayında keçiriləcək prezident seçkilərində iştirakını qadağan edib. Komissiya bildirib ki, Kasyanovun seçkilərdə nominasiyası üçün sənədə atılmış minlərlə imza etibarsızdır. Müstəqil namizədlərin prezident seçkisində iştirak edə bilməsi üçün bütün ölkə boyu azı iki milyon imza toplanmalıdır.

Kasyanovun sözçüsü Kremlin rəqabətdən və fərqli fikrə malik insanlardan qorxduğunu deyib. Kasyanov prezident Vladimir Putinin birinci dönəm hakimiyyəti zamanı baş nazir olub və sonradan Puntin hökumətinin kəskin tənqidçisinə çevrilib.

XS
SM
MD
LG