Accessibility links

İsrailin müdafiə naziri Pərviz Müşərrəflə görüşüb


İsraildən alınan xəbərlərdə bildirilir ki, keçən həftə Avropada olan Pakistan prezidenti Pərviz Müşərrəflə İsrailin müdafiə naziri Ehud Barak ölkələr arasında diplomatik əlaqələrin mövcud olmamasına baxmayaraq görüş keçirib.

Mehmanxanada təsadüfən qarşılaşan Müşərrəflə Barak arasında bundan sonra görüş təşkil edilib. İsrail mətbuatının bildirdiyinə görə, cənab Barak prezident Müşərrəfə Pakistanda artmaqda olan İslam ekstremizmindən narahat olduğunu deyib. O, Pakistanın nüvə silahlarının ekstremistlərin əlinə keçə biləcəyindən də ehtiyat etdiyini bildirib. Pərviz Müşərrəf isə Pakistanın nüvə arsenalının yaxşı mühafizə olunduğunu deyib.

XS
SM
MD
LG