Accessibility links

İraqdakı Britaniya hərbi bazasına raket hücumu həyata keçirilib


Britaniyanın İraqdakı hərbi bazasına atılan raket azı iki əsgərin ölümünə səbəb olub. Britaniyanın Bəsrə şəhərindəki hərbi sözçüsü raketin bazanın mülki vətəndaşların istifadə etdiyi girişi yaxınlığına atıldığını və bazaya ağır zədə dəymədiyini deyib. Xatırladaq ki, Britaniyanın Bəsrədəki hərbi qüvvələri keçən ilin dekabr ayında şəhəri İraq hərbi qüvvələrinə təhvil vermişdilər.

Bağdadın şiələrin çoxluq təşkil etdiyi bölgəsində isə maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 3 nəfər ölmüşdür. Bu gün yenə də Bağdadda, ayrı-ayrı yol kənarında baş vermiş bomba partlayışları 6 nəfərin ölümünə, 6-nın yaralanmasına səbəb olmuşdur.

XS
SM
MD
LG