Accessibility links

Afrikada baş verən zəlzələ onlarla insanın həyatına son qoyub


Afrikanın Böyük Göllər regionunda güclü zəlzələ 39 adamın ölümü, Ruanda və qonşu Demokratik Konqo Respublikasında yüzlərlə insanın xəzarət alması ilə nəticələnib. Ruanda-Konqo sərhəd zonasında bu gün iki aralarında bir neçə saat fərq olmaqla iki şiddətli zəlzələ baş verib. Ruanda rəsmiləri 34 adamın öldüyünü, bir neçə yüz adamın yaralandığını bildiriblər. Xilasetmə işçiləri dağıntılar altında sağ qalmış insanları axtarırlar.

Birləşmiş Ştatların Geoloji Tədqiqatlar Mərkəzinin bildirdiyinə görə, zəlzələnin gücü 5 bal olmuş və Butardan 75 km qərbdə baş vermişdir. Bundan bir gün əvvəl isə Konqoda 6 bal gügündə zəlzələ baş vermişdi.

XS
SM
MD
LG