Accessibility links

Rəcəb Teyyip Ərdoğan: "İraqdakı kürd üsyançılarına qarşı mübarizə davam etdiriləcək"


Türkliyənin baş naziri Rəcəb Teyyip Ərdoğan İraqın şimalındakı kürd üsyançılarına qarşı mübarizənin davam etdiriləcəyini bildirib. Bu gün Almaniyanın Münxen şəhərində təşkil edilən Beynəlxalq Təhlükəsilzik Konfransında çıxış edən baş nazir mübarizənin zəfər çalınanadək davam etdiriləcəyini deyib.

Qeyd edək ki, Ankara İraqın Türkiyə ilə sərhəd şimal bölgəsində fəaliyyət göstərən PKK yaraqlılarına qarşı vaxtaşırı reydlər təşkil edir. PKK illərdir Türkiyənin cənub-şərq bölgəsindəki ərazilərin müstəqilliyi uğrunda mübarizə aparır.

Türkiyənin baş naziri Rəcəb Teyyip Ərdoğan Avropa ölkələrini PKK-nın onların sərhədləri çərçivəsində fəaliyyət göstərməsinə yol verdikləri üçün tənqid edib.

XS
SM
MD
LG