Accessibility links

Pakistanın Avami Milli Partiyasının keçirdiyi yürüş zamanı onlarla insan qətlə yetirilib


Pakistan rəsmilərinin bildirdiyinə görə, dünən müxalifətin Avami Milli Partiyasının ölkənin şimal-qərbindəki Çarsadda şəhərində keçirdiyi yürüş zamanı həyata keçirilən intiharçı hücumu azı 25 nəfəin ölümünə, 35-nin yaralanmasına səbəb olub. Bu hücum fevral ayının 18-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində baş verib.

Dünən eləcə də, qətlə yetirilmiş keçmiş baş nazir Benəzir Bhuttonun həyat yoldaşı Asif Əli Zərdari Pakistan Xalq Partiyasının təşkil etdiyi aksiyada yüz minlərlə tərəfdaşının qarşısında çıxış etmiş və demişdir ki, Pakistanı xilas etmək onun borcudur və o, demokratiya uğrunda mübarizə aparacaq.

XS
SM
MD
LG