Accessibility links

Gürcüstan hökuməti Rusiyanın separatçı regionlarla bağlı bəyanatına etiraz bildirib


Gürcüstan hökuməti Rusiyanın Gürcüstandakı iki separatçı regionu taniya biləcəyinə işarə edildiyi bəyanatına etirazını bildirib. Ölkənin xarici işlər naziri Rusiyanın Tbilisidəki səfiri Vyaçeslav Kovalenkodan rəsmi Moskvanın bəyanatına aydınlıq gətirməyi xahiş edib. Bəyanatda deyilir ki, əgər beynəlxalq ictimaiyyət Kosovonu tanısa, Rusiya da Cənubi Osetiya və Abxaziyaya yanaşma tərzini dəyişəcək. Gürcüstan hökuməti həmçinin səfirə Rusiyanın bəyanatına etiraz notasını təqdim edib. Dünən Rusiya xarici işlər nazirliyi xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin Kosovonun müstəqilliyini tanımasa rəsmi Moskvanın Abxaziya və Cənubi Osetiya siyasətinə təsir göstərə bilər. Lakin bəyanatda Rusiyanın hansı addımları ata biləcəyilə bağlı söz deyilməyib.
XS
SM
MD
LG