Accessibility links

Kosovoda serblərin nümayişləri davam edir


Kosovonun müstəqilliyini elan etməsindən sonra davam edən etiraz nümayişlərinin 6-cı günü 2000-ə yaxın millətçi serb ikiyə bölünmüş şimali Kosovo səhəri Mitrovitsada yürüş keçirib. Nümayişçilər küçələrdə Serbiya bayraqlarını dalğalandıraraq, Serbiya və Rusiyanı dəstəkləyən şüarlar səsləndirib. Kosovo keçən həftə müstəqilliyini bəyan edəndən bəri Mitrovitsa etirazçıların nümayiş meydanına çevrilib. Serblərin çoxu bu ərazisini Serbiyanın tarixi ürəyi hesab edir. Avropa Birliyinin Kosovodakı xüsusi nümayəndəsi personalının Mitrovitsadan evakusasiya olunduğunu bildirib. Nümayişçilərin çərşənbə axşamı Belqraddakı ABŞ və digər səfirliklərə basqınlarında sonra, Serbiya prezidenti Boris Tadiç iğtişaşçıları zorakılıqlara son qoymağa çağırıb.
XS
SM
MD
LG