Accessibility links

Mahmud Abbas İsraillə Yaxın Şərq sülh danışıqlarını dayandırıb


Fələstinlilərin prezidenti Mahmud Abbas İsrailin Qəzza Zolağında Həmasa qarşı hərbi hücumlarına etiraz əlaməti olaraq Yaxın Şərq sülh danışıqlarını dayandırıb. İsrailin bugünkü hücumunda 21 aylıq bir qız uşağı da daxil olmaqla, 6 fələstinli həlak olub. İsrailin hərbi təyyarələri Həmasın lideri İsmayıl Həniyənin Qəzzadakı ofisini dağıdıb.

Dünən Qəzzada İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 54 fələstinli həlak olub. Onların yarısı yaraqlı, yarısı isə mülki şəxslərdir. İki İsrail əsgərinin də öldürüldüyü bildirilir. Bu , 2000-ci ildə İsrailə qarşı qiyam başladığından bəri fələstinlilərin verdiyi ən böyük itkidir. İsrail cənab Mahmud Abbasın danışıqların dayandırılması qərarını tənqid edib.

XS
SM
MD
LG