Accessibility links

Kofi Annanın Keniya səfəri başa çatdı


BMT-nin sabiq baş katibi Kofi Annan Keniyada seçkilərdən sonra baş verən zorakılıqlara son qoyulması məqsədilə hakimiyyətin bölüşdürülməsi haqda razılığın əldə olunmasına kömək göstərdikdən sonra bu gün Keniyanı tərk edib. Yola düşməzdən əvvəl müxbirlərlə görüşən Kofi Annan deyib ki, zorakılıqlar və etnik qarşıdurmalar nəticəsində 1000-dən çox insanın həlak olduğu Keniyanı məsələlərin həll etmək üçün irəlidə uzin yol gözləyir. O, keniyalıları siyası proseslərlə maraqlanmağa davam etməyə çağıraraq, ona ehtiyac olduqda hər zaman Keniyaya qayıtmağa hazır olduğunu deyib.

Keniya prezidenti Mvai Kibaki ilə müxalifət lideri Raila Odinqa cümə axşamı Odinqanın baş nazır olacağını nəzərdə tutan razılıq imzalayıblar.

XS
SM
MD
LG