Accessibility links

Almaniya lideri Moskvadadır


Almaniya kansleri Angela Merkel deyir ki, Avropa və Rusiya bir-birindən asılıdırlar və olar birgə əməkdaşlıq etməyin yollarını axtarmalıdırlar. Alman lideri bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Onun sözlərinə görə, keçmişdə tərəflər mühüm məsələləri açıq və səmimi şəkildə müzakirə edə biliblər. Prezident Putin deyir ki, Almaniya Rusiyanın Avropada və dünyada ən vacib tərəfdaşıdır. Xanım Merkel Moskvada ikən yenicə prezident seçilmiş Dmitri Medvedevlə də görüşəcək. O, cənab Medvedevlə sonuncu prezident seçildikdən bəri görüşəcək ilk Qərb lideri olacaq.

XS
SM
MD
LG