Accessibility links

Əfqanıstanda ABŞ əsgərlərinə qarşı hücumlar davam etməkdədir


Əfqanıstanın paytaxtı Kabil şəhərində ABŞ əsgərlərinin konvoyuna qarşı həyata keçirilən intiharçı hücumu nəticəsində 6 mülki vətəndaş həlak olub, 35 nəfər yaralanıb. Rəsmilərin dediyinə görə, hücuma məruz qalan konvoyun 4 ABŞ əsgəri həlak olub. Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

Digər bir xəbərdə isə deyilir ki, Pakistanda Əfqanıstandakı koalisiya qüvvələrinə qarşı etiraz aksiyası keçirilib. Buna səbəb qüvvələrin sərhəddi keçərək, etdikləri hücum nəticəsində Pakistanda 2 qadın və 2 uşağın həlak olmasıdır.

XS
SM
MD
LG