Accessibility links

İraqda həlak olan ABŞ əsgərlərinin sayı 4 000-ə çatıb


ABŞ-ın başçılığı ilə İraqda muharibənin altıncı ilə keçdiyi vaxt, bu ölkədə həlak olan Amerika əsgələrinin sayı 4 000-ə çatıb. ABŞ hərbi qüvvələri bildiriblər ki, dünən Bağdadda yol kənarında yerləşdirilmiş bomba partlayışı 4 Amerika əsgərinin ölümü ilə nəticələnib. Daha bir əsgər yaralanıb.

ABŞ-ın vitse-prezidenti Dik Çeyni deyib ki, həlak olan əsgərlərin sayının 4 000-ə çatması Amerika ictimiayyətinə psixoloji təsir göstərə bilər. Qüdsə səfərini başa vuran Dik Çeyni İraqda hər bir itkiyə görə təssüfünü bildirib.

XS
SM
MD
LG