Accessibility links

Helmənd vilayətində 4 polis zabiti həlak olub


Dünən gecə Taliban yaraqlılarının Helmənd vilayətindəki polis yoxlanış məntəqəsinə hücumu nəticəsində 4 zabit həlak olub, 7 nəfərsə yaralanıb. Yerli polis komandiri Xair Məhəmməd Şuyanın sözlərinə görə, hadisə Gereşk məhəlləsində baş verib və yaralanmış Taliban döyüşçüləri bu gün səhər həbs edilib. Xəbərlərdə deyilir ki, Əfqanıstanın digər bölgələrində də baş verən hücumlar nəticəsində polis və mülki vətəndaşlar həlak olub. İnsidentlərlə bağlı detallar hələlik açıqlanmayıb.
XS
SM
MD
LG