Accessibility links

ABŞ prezidentliyinə demokrat namizədlər kampaniyanı Pensilvaniyada davam etdirirlər


ABŞ prezidentliyinə demokrat namizədlər Barak Obama və Hilari Klinton aprel ayının 22-də ilkin seçkinin keçiriləcəyi Pnesilvaniya ştatında kampaniya aparırlar. Hər iki namizəd Pitsburq şəhərində sənaye forumunda iştirak edəcək.

Pensilvaniyada içkin seçkidən öncə ictimai rəy sorğuları Klintonun rəqibindən irəlidə olduğunu göstərirdi. Lakin son rəy sorğuları Klinton və Obama arasında fərqin son altı həftə ərzində azaldığına dəlalət edir. İki demokrat senator noyabr ayında keçiriləcək prezident seçkilərində partiyadan nominasiya almaq uğrunda mübarizə aparır.

Bu gün bir qədər sonra Barak Obama Vaşinqtonda Assoşieyted Pres agentlyinin direktorlar şurasının iclasında nitq söyləyəcək. Tədbirdə ABŞ prezidenliyinə respublikaçı namizəd Con Makkeynin də çıxış edəcəyi gözlənilir.

XS
SM
MD
LG