Accessibility links

Vladimir Putinə "Vahid Rusiya" partiyasına rəhbərlik təklif edilir


Rusiyanın aparıcı partiyası olan "Vahid Rusiya Partiyası" bu həftə prezident Vladimir Putinə bu partiyaya rəhbərlik etməsi barədə rəsmi müraciət edəcəyini bildirib. Cənab Putinin may ayında prezidentlik müddəti bitəndən sonra bu partiyaya rəhbərliyi əlinə alması məsələsini müzakirə etmək üçün bu gün "Vahid Rusiya Partiyası" Moskvada yığıncaq keçirib.

Qeyd edək ki, Rusiya konstitusiyasına əsasən cənab Putin üçüncü dəfə prezident seçilə bilməz. Buna görə də o, baş nazir vəzifəsində çalışacağını deyib. Lakin o, bu partiyaya başçılıq edəcəyi barədə heç bir söz deməyib. İndiyədək partiyaya rəhbərlik edən Boris Qrızlov cənab Putinin bu vəzifəni icra etməyə çağırıb.

XS
SM
MD
LG