Accessibility links

ABŞ-ın İraqdakı hərbi komandiri Mərkəzi komandanlığın rəhbəri təyin edilib


ABŞ-ın müdafiə naziri Robert Geyts Amerikanın İraqdakı hərbi qüvvələrinin baş komandanı, general Deyvid Petreası bu ölkənin Yaxın Şərq, Şərqi Avropa və Mərkəzi Asiyadakı qüvvələrinin rəhbərliyinə təyin edib. Müdafiə naziri Geyts bildirib ki, ordu generalı Petreas ABŞ-ın Mərkəzi Komandanlıqda bu yüksək vəzifəyə layıq olan ən yaxşı şəxsdir.

Deyvid Petreas keçən ay istefa verən və təqaüdə çıxmağı planlaşdıran admiral Vilyam Fallonu əvəz edəcək. Petreasın təyinatı ABŞ Senatının təsdiqini əldə etməlidir.

XS
SM
MD
LG