Accessibility links

İnternetdə şəxsi məlumatların yayılma siyasəti


Bizə veb saytlar vasitəsilə məlumat, əyləncə, e-mail və chatdan istifadə etməyə imkan verən internet inqilabi kommunikasiyadır. Ancaq onun qaranlıq tərəfi də var. İnternet istifadəçilərinin narahatlıqları onların şəxsi məlumatlarının nə dərəcədə mübadilə olunması ilə bağlıdır.

Online-dan daha artıq istifadə etməklə, bir çox insan özlərinin heç vaxt açıqlamayacağı məlumatın aşkar edildiyini və internetdə reklam və ticarət şirkətlərinə satış obyekti olduğunu müəyyən edirlər. Bəzən məlumat açıq şəkildə tələb edilir. İnternetdə qeydiyyatdan keçir və arayış formalarının doldurulması üçün bu məlumatlar zəruri hesab olunur. Gələn dəfə eyni sayta girdikdə siz artıq, kişisinizsə idman avadanlığı, qadınsınızsa kosmetika reklamları alırsınız. Beləliklə, veb səhifələrin reklam şirkətlərinin maraqlarınıza necə xidmət etdiyi sizi təəccübləndirir. Bunu isə onlar asanlıqla əldə edirlər, beləliklə onlar sizin maraqlarınızı veb səhifələrinə verdiyiniz məlumatlardan əldə edirlər. Tənqidçilər isə sorğulara əsaslanaraq insanların bu siyasəti başa düşmədiyini deyirlər. Elektronik Şəxsi məlumat mərkəzinin əməkdaşı Mark Roternberq bu narazılığın səbəblərindən birinin çox hallarda özəl məlumatların müdafiə siyasətinə riayət edilmədiyi olduğunu deyir. İnsaların onların şəxsi məlumatlarının heç vaxt açıqlanmayacağına inamı səhv bir şey deyil. Səhv iş bizneslərin bu özəl məlumatları yaymasıdı. Məhz bu, problemin qaldırılmasına səbəb olub. Nəhəng internet şirkəti google-un şüarı belədir – “Don-t be evil” – bədxahlıq etmə. Buna baxmayraq, bəzi tənqidçilər bu şirkətin siyasətini qınayırlar. Bu yaxınlarda google youtube saytında qısa videolarla özəl məlumat siyasəti proqramı başladıb.

Burada deyilir ki, axtarış nəticələri təhlükəsizliyin təminatı və saxtakarlığa yol verilməməsi üçün axtarışla bağlı ən adi qaydaları bilmək lazımdır. Google hansı informasiyalrı toplayır. Gəlin onu müəyyən edək.

Google və AOL-in təmsilçiləri, habelə alimlər və tənqidçilər bu yaxınlarda Vaşinqtonda simpozium təşkil edərək internetdə özəl məlumatlar siyasətini müzakirə ediblər. Müzakirə olunan məslələr arasında hökumətin qaydaları da nəzərdən keçirilib. ABŞ-ın bütün üzvlərinin prezident Buş tərəfindən təyin edilən federal ticarət komissiyası internet istifadəçilərinin şəxsi məlumatlarının internetdə yayımasının əleyhinə olmasına baxmayaraq, özəl məlumatların açıqlanmasına dair qanun qəbul edib. Komissiyanın üzvü Harbor da bunu etiraf edib: “İstehlakçılar adlarını belə bilməsələr də bu reklam məsələsindən narahatdırlar. Onların maarifləndirilməsi səyləri də kifayət etmir və hazırki siyasətlər istehlakçıların narahatlığının aradan qaldırılmasına da xidmət etmir”.

Texnologiyanın inkişafı şəxsi məlumatların əldə edilməsini daha da asanlaşdırıb. Bu proses istehlakçılardan xəbərsiz daim davam edir.
XS
SM
MD
LG