Accessibility links

ABŞ prezidentliyinə demokrat namizədlər mübarizələrini iqtisadi məsələlərə üstünlük verməklə davam etdirir


ABŞ prezidentliyinə demokrat namizədlər Hillari Klinton və Barak Obama qarşıdan gələn çərşənbə axşamı praymeriləri öncəsi İndiana və Şimali Karolina ştatlarında seçicilərin səsləri uğrunda mübarizələrini iqtisadi məsələlərə üstünlük verməklə davam etdirir. Xanım Klinton bu yay yanacaq qiymətləri vergilərinin ixtisarını təklif etdiyini bildirib. Barak Obama isə bunun əleyhinə olduğunu deyərək, bu planın istehlakçı üçün cəmisi 30 sent qənaət demək olduğunu bildirib. Hillari Klintonun İranın İsrailə hücum etdiyi təqdirdə yer üzündən silinəcəyinə dair dediklərinə toxunan Barak Obama hazırkı anda bu kimi çıxışlara ehtiyac olmadığını deyib.

XS
SM
MD
LG