Accessibility links

ABŞ qarşıdakı həftələrdə İraqdan 3500 əsgərini geri çağıracaq


Keçən il İraqa göndərilən ABŞ əsgərlərinin 3500-ü yaxın günlərdə geri qayıdacaq. Bu gün açıqlanan bəyanatda deyilir ki, 3-cü Piyada Diviziyasının əsgərləri bir neçə həftə ərzində İraqdan geri çağırılacaq. ABŞ Briqada generalı Dan Allin deyir ki, qüvvələrin müntəzəm olaraq qaytarılması İraqda davam edən inkişafın göstəricisidir. 3500 əsgərin geri qayıtması ABŞ-ın iyulun sonuna kimi 20 min qüvvəni geri çəkilməsi planı çərçivəsində həyata keçirilir. Keçən ay prezident Buş iyul ayından sonra qeyri-müəyyən səbəbə görə ABŞ qüvvələrinin geri qaytarılmasının dayandırılması sərəncamı vermişdi. O, İraqdakı 140 min ABŞ qoşununun geri çağırışına 45 günlük qadağa tətbiq edib.

XS
SM
MD
LG