Accessibility links

Mixail Saakaşvili: 'Rusiya ilə hərbi münaqişə təhlükəsi azalıb'


Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya-Gürcüstan hərbi münaqişə təhlükəsinin yaratdığı gərginliyin yüksək olaraq qaldığını, lakin onun aradan qaldırılmalı olduğunu deyib. Saakaşviliyə istinad edən Rusiya xəbər agentlikləri tərəflərin bir neçə gün əvvəl münaqişəyə olduqca yaxınlaşdıqlarını, lakin hazırda bu təhlükənin azaldığını bidlirib.

Bundan əvvəl Rusiya Gürcüstanın sərhəd bölgələrində qüvvələrini cəmləşdirdiyi təqdirdə, separatist Abxaziya regionuna əlavə qüvvə göndərəcəyi barədə xəbərdarlıq vermişdi. Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, Gürcüstanın hərbi addımları Rusiya tərəfini lazımi ölçülərə vadar edə bilər. Gürcüstanın müdafiə naziri Davit Kezeraşvili Gürcüstanın sərhəddə qüvvələri cəmləşdirdiyinə dair iddiaları rədd edərək, ölkəsinin müharibə istəmədiyini deyib.

Rusiyanın Abxaziyadakı hərbi qüvvələrinin sayı 2542 nəfərdən ibarətdir. Rusiyanın bəyanatında deyilir ki, beynəlxalq razılıqlara əsasən 1994-cü il atəşkəsindən sonra Rusiya regiona 3 000-dək sülhməramlı kontingent yerləşdirə bilər.

XS
SM
MD
LG