Accessibility links

Freedom House Amerikada Azadlıqların Vəziyyəti Barədə Hesabat Hazırlayıb


Dünyanın hər tərəfində azadlığın vəziyyəti barədə illik hesabat hazırlayan Freedom House təşkilatı indi diqqətini Birləşmiş Ştatlara yönəldib. Təşkilat terrorizmlə mübarizənin davam etdiyi bir vaxtda Amerikada azadlıqların vəziyyətinə nəzər salır. Freedom House ABŞ-da azadlığın vəziyyəti barədə, “Bugünün amerikalısı nəqədər azaddır” adlı hesabatını açıqlayıb. Bununla birinci dəfədir ki, Freedom House yeganə bir ölkə barədə hesabatla çıxış edir.

Hesabatda ümumi olaraq deyilir ki, hökumətin terrorizmlə mübarizəyə yanaşma tərzinin, Amerika demokratiyasına hədə törətdiyi və ABŞ-ın xaricdə demokratik bir ictimaiyyətə numunə olaraq nüfuzuna zərər verdiyi bir zamanda, bu məsələlərin Amerika ictimaiyyətini üz-üzə gətirdiyi çağırışların tələbləri terrorizmlə mübarizənin şiddəti azalandan sonra da uzun müddət davam edəcək.

Con Hopkins universitetinin professoru Françis Fukuyama deyir ki, bu hesabat Amerika demokratiyasının dürüst və balanslı bir şərhidir. O, söyləyir ki, geniş məzmunu, qlobal müqaisələri və tarixi konteksti bu sənədi Amerikanın gələcəyi barədə dialoqun əsaslı bir hissəsinə çevirir. Təşkilatın ABŞ-da azadlığın vəziyyəti barədə hesabatında həbsə almalarda irq faktorunun rolu, ölüm cəzasının hələ də qüvvədə qalması və immiqrantlarla bağlı problemlərə işarə olunur.

Sənəddə o da qeyd edilir ki, ABŞ-ın bəzi siyasətləri, terrorçuluqla müharibədə arada qalmış Amerika və xarici ölkə vətəndaşlarının fərdi hüquqları üçün hədə törədir ki, onların siyahısına Patriot Aktı, məhkəmə qərarı olmadan telefon danışıqlarının dinlənilməsi, işgəncə və başqa ölkə ərazisindən terror şübhəlilərinin oğurlanması daxildir. Qrup ABŞ-ın hələ də din və mətbuat azadlığı sahəsində irəlidə olduğunu deyir.

Veteran jurnalist Helen Thomas isə 11 Sentyabr terror hadisələrindən sonra mediada özünü senzuranın başladığını irəli sürür: ‘İnsanlar istədiklərini deməkdən qorxurdular. Amerikalı jurnalistlər qeyri-amerikan, qeyri-patriot adlandırılmaqdan ehtiyat edirdi’. Xanım Tomas deyir ki, telefon danışıqlarının dinlənilməsi ilə bağlı qanunlarda və terror şübhəlilərinin dindirilməsi üsullarındakı dəyişikliklər vətəndaş azadlıqlarının zəifləməsinə səbəb oldu.

Freedom House-un nümayəndəsi Stuart Eyzanstat deyir ki, səsvermə ilə bağlı müəyyən problemlər də var: ‘Az gəlirlilərin səs vermə imkanının məhdud olması, maşınların səsləri yanlış hesablaması, həbsdəki adamların səsverə bilməməsi, modern demokratiyalar arasında seçkidə iştirak cəhətindən ən aşağı ölkələr sırasında olmağımız ,belə problemlərin siyahısına daxildir.’

XS
SM
MD
LG