Accessibility links

Kenni Çesni Amerika "Kantri Musiqisi" mükafatına layiq görülüb


Las Veqasda Amerika Kantri musiqisi akademiyasının mükafatlarının təqdimatı mərasimi keçirilib. Kenni Çesni dördüncü ildir ilin ən yaxşı əyləncə ustası adını alır. Bu qələbə ilə Çesni yalnız beş dəfə ən yüksək mükafata layiq görülmüş əfsanəvi “Alabama” kantri qrupundan geri qalır. Kantri üslübunda ən yaxşı kişi vokalist kateqoriyasında Bred Peysli mükafata layiq görülüb. Kerri Andervud ikinci ildir ən yaxşı qadın vokalist kateqoriyasında mükafat alır. Kenni Çesni ən yüksək mükafata akademiya üzvləri tərəfindən deyil, bu dəfə internetdə səsvermə yolu ilə layiq görülüb.
XS
SM
MD
LG