Accessibility links

Livan parlamenti  tərəfindən prezident vəzifəsinə Mişel Süleyman seçilib


Livan parlamenti tərəfindən noyabr ayından boş qalan prezident vəzifəsinə ordu generalı Mişel Süleyman seçilib. Səsvermədən az sonra ölkə paytaxtı Beyrutu orkest sədaları, atəşfişəng səsləri bürüyüb. Əllərində bayraqlar dalğalandıran livanlılar küçələrə çıxıb. İndiyədək Livan parlamenti 19 dəfə səsvermə keçirsə də, dövlət başçısının seçilməsi cəhdləri baş tutmurdu. Mişel Süleyman vətəndaş müharibəsindən hələ də dirçələ bilməyən ölkədə birlik yaradan bir şəxs kimi tanınır. 59 yaşlı xristian general 1998-ci ildən Livanın silahlı qüvvələrinin komandiridir.

XS
SM
MD
LG