Accessibility links

Livanın yeni prezidenti baş nazir Sinioraya yeni milli birlik hökumətini formalaşdırmağı tapşırıb


Livanın yeni prezidenti Mişel Süleyman baş nazir Fuad Sinioraya yeni milli birlik hökumətini formalaşdırmağı tapşırıb. Cənab Süleyman yeni təyinatı Livanın 127 üzvlük parlamentində 68 qanunvericinin ABŞ-ın dəstəklədiyi əksəriyyətin lideri cənab Sinioranı nominasiya etdikdən sonra bu gün açıqlayıb. Parlamentdəki əksəriyyət 2005-ci ildən baş nazir olan cənab Sinioranın bu vəzifədə qalması haqda təklif irəli sürmüşdü. Müxalifətdə olan Hizbollah cənab Sinioranın Livanda 18 ay sürən siyasi böhranda əli olduğuna görə onun baş nazir vəzifəsinə seçilməsi fikrindən razı qalmadığını bildirib.
XS
SM
MD
LG