Accessibility links

General Nikolay Makarov Rusiya silahlı qüvvələrinin baş qərargahlar rəisi təyin edildi


Rusiya prezidenti Dmitri Medvedev general Nikolay Makarovu ölkənin silahlı qüvvələrinin baş qərargahlar rəisi təyin edib. Televiziya ilə müraciətində cənab Medvedev sabiq qərargahlar rəisi, general Yuri Baluyevskini Milli Təhlükəsizlik Şurasının rəhbər müavini vəzifəsinə keçirdiyini bildirib.

Qərb xəbər agentliklərinin yazdığına görə cənab Medvedev bu addımı general Baluyevski ilə müdafiə naziri Anatoli Serdyuokov arasında Rusiyada hərbi islahatlarla bağlı fikir ayrılığına son qoymaq məqsədilə atıb.

XS
SM
MD
LG