Accessibility links

Ukraynada yenə şaxta partlayıb


Ukrayna rəsmiləri deyir ki, bu gün kömür şaxtasının partlamasından sonra 37 nəfərin axtarışı davam edir. Partlayış zamanı ən azı 3 şaxtaçı xəsarət alıb. Ukrayna Fövqəladə Hallar Nazirliyinin bildirdiyinə görə, partlayış Donetsk regionundakı Karl Marks şaxtasının dərin hissəsində baş verib. Regiondakı şaxtalar fəaliyətini bir neçə adamın həlak olması ilə nəticələnən 23 may partlayışının ardınca bu yaxınlarda dayandırmışdılar. Ukraynanın köhnəlmiş şaxtalarında ölümlə nəticələnən hadisələr müntəzəm şəkildə baş verir.
XS
SM
MD
LG