Accessibility links

Corc Buş Roma Papası XVI Benediktlə görüşüb


ABŞ prezidenti Corc Buş başlıca dünya məsələlərinin müzakirəsi məqsədi ilə Vatikanda Roma Papası XVI Benediktlə görüşüb. Rəsmilərin bildirdiyinə görə, Vatikan Bağında aparılan müzakirələrə qloballaşdırma, Yaxın Şərq, dünya ərzaq böhranı, yardım səyləri və yoxsulluqla mübarizə kimi məsələlər daxil edilib. Bundan sonra cənab Buş Fransa paytaxtı Parisə gedib. Orada o, ABŞ və Avropa arasında əlaqələrin gücləndirilməsinin vacibliyinə dair nitq söyləyəcək.

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Stefan Hadleyin sözlərinə görə, cənab Buş Yaxın Şərqdə sülh prosesinə nail olmaq üçün Avropa liderlərini ABŞ-la daha yaxın əməkdaşlığa çağıracaq. Cənab Hadley İtaliya, Böyük Britaniya, Almaniya və Fransanın hazırkı liderlərinin sayəsində Trans-Atlantik əlaqələrinin gücləndiyini bildirib.

XS
SM
MD
LG