Accessibility links

İraq ABŞ-ın tələblərini qəbuledilməz adlandırıb


İraq baş naziri Nuri Əl-Malikinin sözlərinə görə, ABŞ-la planlaşdırılmış uzunmüddətli təhlükəsizlik razılaşması barədə danışıqlar çıxılmaz vəziyyət alıb. Cənab Maliki İordaniyaya səfəri zamanı jurnalistlətə deyib ki, bunun səbəbi qəbuledilməz ABŞ tələbləridir. O, bu tələblərin İraqın suverenliyini pozduğunu bildirib. ABŞ və İraq rəsmiləri dekabrın 31-i BMT mandatı bitəndən sonra da Amerika qüvvələrinin İraqda qalması barədə müzakirələr aparır. Onlar həmçinin gələcək siyasi və iqtisadi əlaqələrlə bağlı da danışıqları davam etdirir. Bununla yanaşı, İraqın ruhani şiə lideri Möqtəda Əl-Sədr deyib ki, rəhbəri olduğu Mehdi Ordusunun yaraqlıları ABŞ-ın başçılıq etdiyi qüvvələrə müqaviməti dayandırmayacaq.
XS
SM
MD
LG