Accessibility links

İraqda qadın intiharçının hücumu nəticəsində 15 nəfər həlak olub


İraq rəsmiləri bildirirlər ki, Bağdadın şimalında Diyala vilayətinin mərkəzi Baqubada bir intiharçı qadının hücumu nəticəsində azı 15 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Əməliyyat şəhərin möhkəm mühafizə edilən bölgəsində, hökumət idarələrinin və məhkəmə binasının yerləşdiyi məntəqədə baş verib. Rəsmilər hücumda azı 8 polisin həlak olduğunu bildirirlər. Bu son ayılar qadın intiharçıların hücumlarının artması müşahidə olunur. Birləşmiş Ştatların hərbçiləri deyirlər ki, qadınların təhlükəsizlik qüvvələrinin yoxlanışından keçməsi asan olduğu üçün, İraqdakı Əl Qaida onları öz sıralarına cəlb edə bilir.
XS
SM
MD
LG