Accessibility links

Avropa İttifaqı Serbiyanın koalisiya razılığını alqışlayıb


Avropa İttifaqı Serbiyanın Sosialist və Demokrat partiyalarının koalisiya haqda razılığını avropasayaq bir hökumət yaradılmasına real imkan adlandırıb. Qurumun genişlənmə üzrə nümayəndəsi Olli Rehn bu gün Brüsseldə müxbirlərlə görüşü zamanı deyib ki, yeni koalisya hökiməti ilə əməkdaşlığı səbirsizliklə gözləyir. O, Avropa İttifaqının Serbiyada islahatlara açıq bir idarəçiliyi çoxdan arzuladığını bildirib. Serbiyanın Sosialist partiyası rəqib Demokrat partiyası ilə birgə prezident Boris Tadiçin təşkil etdiyi koalisya hökumətinə qoşulmaq haqda razılığı dünən əldə edib.

XS
SM
MD
LG