Accessibility links

İsrailin kabinet nazirləri Hizbullah ilə mübadilə razılığını təsdiq edib


İsrailin baş naziri Ehud Olmertin çağırışlarından sonra kabinet nazirləri Livandakı Hizbullah ilə livanlı məhbuslarla İsrail əsgərlərinin cəsədlərinin mübadiləsi razılığını təsdiq edib. Hizbullah döyüşçüləri tərəfindən Ehud Goldvasser və Eldad Regev 2006-cı ildə Livanla 34 gün davam edən müharibə vaxtı ələ keçirilmişdi. Yaraqlılar onların sağ olduğunu heç vaxt təsdiq etməmişdi. Baş nazir Ehud Olmert əsgərlərin ölümünə baxmayaraq, Hizbullah ilə mübadilə razılığının böyük mənəvi dəyəri olduğunu bildirib. Hizbullah İsrailin baş nazirinin bəyanatına münasibət bildirməyib.

XS
SM
MD
LG