Accessibility links

Anna Politkovskayanı qətlə yetirən şəxs Qərbi Avropada gizlənir


Rusiyanın baş prokurorluğunun müstəntiqi Aleksandr Bastrıkinin bildiridiyinə görə, Kremlin tənqidçilərindən olan jurnalist Anna Politkovskayanı qətlə yetirən şəxs Rüstəm Mahmudov Qərbi Avropada gizlənir. O, rəsmilərin Mahmudovun hansı ölkədə olduğunu bildiyini desə də, həmin ölkənin adını açıqlamayıb. Lakin “Exo Moskvı” radiosunun məlumatında bu ölkənin Belçika olduğu bildirilir. Anna Politkovskaya 2006-cı ilin oktyabr ayında Moskvadakı mənzilində güllələnmişdi. Həftəlik “Novaya qazeta”nın müxbiri olan Politkovskaya Çeçenistandakı mülki vətəndaşlara qarşı amansız kampaniyaya dair yazılarına görə Kremlin qəzəbinə səbəb olmuşdu.

XS
SM
MD
LG