Accessibility links

İraqda 2 partlayış 13 nəfərin həyatına son qoyub


İraq rəsmilərinin sözlərinə görə, ölkənin 2 bölgəsində baş verən partlayışlar nəticəsində 13 nəfər həlak olub. Buraya İraq kürd rəsmisinə qarşı hücumda ölən 7 nəfər də daxildir. Polisin sözlərinə görə, bu gün İraq Kürd Partiyası Vətənpərvəklik Birliyinin ali üzvü Məhəmməd Ramazanı daşıyan konvoy Diyala vilayətində yolkənarı bombaya düşüb. Rəsmilər deyir ki, partlayış Ramazanın 5 ailə üzvünün və 2 mühafizəçisinin həyatına son qoyub. Ramazan da daxil olmaqla digər 4 nəfər isə yaralanıb. Başqa bir məlumatda deyilir ki, avtomobilin partlaması nəticəsində 6 nəfər həlak olub, 14 nəfər isə yaralanıb. Rəsmilərin sözlərinə görə, paytaxtın Şaab məhəlləsindəki polis məntəqəsinə edilən hücum nəticəsində yaralananların 3-ü polis işçisidir.

XS
SM
MD
LG