Accessibility links

C.Buş radio müraciətində ABŞ iqtisadiyyatından danışıb


ABŞ prezidenti Corc Buş həftəlik radio müraciətindən istifadə edərək administrasiyasının Amerika iqtisadiyyatındakı bəzi problemlərin həlli yollarını izah edib. Cənab Buş deyib ki, ofşor neft hasilatına qoyulan qadağa ləğv olunması barədə qərarın qəbul edilməsi yanacaq qyimətlərinin artmasının qarşısının alınmasına kömək edəcək. O, yenidən Konqresi bu qadağanı ləğv etməyə çağırıb. Ancaq demokratlar deyir ki, bu qadağanın neft qiymətlərinə təsir göstərməsi illər ala bilər. Onlar qısa müddətli həll üçün ölkənini strateji yanacaq ehtiyatlarından istifadəni təklif ediblər.

XS
SM
MD
LG