Accessibility links

Hindistanda 12  bomba partlayışı olub


Rəsmilər deyir ki, Hindistanın qərb şəhərində 12-dən çox bomba partlayışı nəticəsində 10 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Bu partlayışlar Banqalor şəhərində kiçik bomba partlayışından bir gün sonra baş verib. Hindistan rəsmisi Şakil Əhmədin sözlərinə görə, partlayışlar bu gün Qujarat ştatının Əhmədabad şəhərində həyata keçirilib. Cənab Əhməd deyib ki, dünən baş verən partlayışdan sonra təhlükəsizlik tədbirlərinin artırılmasına baxmayaraq baş verən bugünkü partlayışlar onu şoka salıb. Qeyd edək ki, dünənki partlayış zamanı 1 nəfər həlak olmuş, 6 nəfər isə yaralanmışdı. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Hindistanın digər şəhərlərində baş verən oxşar partlayışlarda İslamçı militantlar ittiham olunur.

XS
SM
MD
LG