Accessibility links

Əl-Qaidənin sonuncu mövqeyinə qarşı hücuma keçilib


Amerika qüvvələrinin dəstəyi ilə İraq əsgərləri Əl-Qaidənin sonuncu mövqeyinə qarşı hücuma keçib. Rəsmilərin dediyinə görə, əməliyyatlar bu gün Baquba şəhərindəki reydlərlə başlayıb. İraq qüvvələrinin döyüşləri ABŞ əsgərlərinin minimal dəstəyi ilə həyata keçirdiyi bildirilir. Bununla yanaşı, Bağdadda təhlükəsizlik tədbirləri gücləndirilib. Belə ki, minlərlə şiə zəvvar ziyarətə başlayıb. Dünən qadın intiharçının hücumu nəticəsində aralarında uşaqlar olmaqla, 30 zəvvar öldürülmüşdü.

XS
SM
MD
LG