Accessibility links

Əfqanıstan və Pakistan terrorizmə qarşı mübarizədə birgə səy göstərmək haqda sənəd imzalayıb


Əfqanıstan və Pakistan liderləri ekstremizm və sərhəddə terrorizmə qarşı mübarizədə birgə strategiyanın hazırlanması üçün iş aparmaq haqda razılıq əldə ediblər. Əfqanıstan prezidenti Həmid Karzai Pakistanın baş naziri Yusif Raza Gilani bu gün Kolomboda Cənubi Asiya ölkələrinin sammiti çərçivəsində görüş keçiriblər.

Hindistan və Əfqanıstan Pakistanın kəşfiyyat agnetliyini keçən ay Kabildə Hindinstan səfirliyinə bomba hücumunu planlaşdırmaqda ittiham ediblər. Hadisə zamanı Hindistanın iki diplomatı daxil olmaqla, 60 adam həlak olmuşdu. Pakistan hökuməti bomba hücumu ilə hər hansı bir əlaqəni rədd edib, lakin baş nazir Gilani bu iddiaların araşdırılması üçün müstəqil təhqat aparılacağıan söz verib.

Bu gün bundan öncə ABŞ Dövlət katibinin yardımçısı Riçard Bauçer cənab Gilaninin yeni hökumətini kəşfiyyat xidmətində mümkün yaramaz elementlərə nəzarət etmək üçün daha çox iş görməyə çağırmışdı.

XS
SM
MD
LG