Accessibility links

Əfqanıstanda 3 yardım işçisi öldürülüb


Əfqan rəsmilərin sözlərinə görə, Loqar vilayətində silahlılar pusqu quraraq, beynəlxalq yardım işçisi olan 3 qadını və onların sürücüsünü qətlə yetirib. Vilayət qubernatoru Abdulla Vardak deyir ki, Taliban yaraqlıları konvoya atəş açan zaman Beynəlxalq Xilasetmə Komitəsinin əməkdaşları Əfqanıstan paytaxtı Kabilə səfər edirdilər. Baş qərargahı Nyu-Yorkda yerləşən komitənin sözçüsü Melissa Vinklerin bildirdiyinə görə, qrup ailələrin sayıqlığı üzərində iş aparırdı və yaxın günlərdə hesabat açıqlanacaqdı. Təşkilat Əfqanıstanda qaçqınlarla işləyir. Ayın əvvəlində isə yardım agentikləri ölkədə təhlükəsizliklə bağlı vəziyyətinin pisləşdiyini və bu il ən azı 19 yardım işçisinin öldürüldüyünü bildirmişdi.

XS
SM
MD
LG