Accessibility links

NATO-nun  xarici işlər nazirləri Brüsseldə görüş keçiriblər


NATO-nun xarici işlər nazirləri Brüssel görüşləri zamanı Rusiyanı hərbi qüvvələrini tez bir zamanda Gürcüstan ərazilərindən çıxarmağa və sülh razılığına əməl etməyə çağırıblar. Alyans nümayəndələrinin keçirdiyi bu görüşdə Gürcüstan dəstəklənmiş, Rusiya isə Qafqaz ölkəsinə təcavüz etdiyi üçün günahlandırılmışdır. Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays nazirlərin açıq mesaj göndərdiklərini deyir. O deyib ki, bu, Gürcüstanın demokratiyasına dəstək, Rusiya prezidentinin öz NATO nazirləri Gürcüstana humanitar yardım və siyası dəstəyi dəstəkləmiş, münasibətlərinin daha da dərinləşdirəcək NATO- Gürcüstan komissiyasının təsis edilməsinə çağırmışlar.NATO-nun baş katibi Yap de Hup Şeffer deyib ki, Rusiya öz öhdəliklərinə əməl etməsə alyansla münasibətləri pozulacaq.

XS
SM
MD
LG