Accessibility links

Avropa Birliyi ABŞ-la Gürcüstan məsələsində yaxından əməkdaşlıq etmək istəyir


İtaliya xarici işlər nazirinin sözlərinə görə, Avropa Birliyi Gürcüstan böhranı ilə bağlı ABŞ-la yaxından əməkdaşlıq etmək istəyir. Franko Frattini İtaliya İqtisadi konfrasında ABŞ Vitse-prezidenti Dik Çeyni ilə danaşıqlar aparandan sonra bu açıqlamaları verib. Frattini deyib ki, onlar Qafqazda böhranla bağlı Avropa və Amerika arasında güclü əməkdaşlığa ehtiyac olduğu barədə razılığa gəliblər. Dik Çeyni dünən Rusiya ordusunun Gürcüstana hücumlarını sivil standartlara qəbulolunmaz təhqir kimi iqymətləndirib. O, qərb dövlətlərini Rusiyanın Avropada artan antaqonist addımlarına qarşı birləşməyə çağırıb.

XS
SM
MD
LG