Accessibility links

ABŞ-ın əsas investisiya bankının müflisləşməsi dünya bazarlarını lərzəyə gətirib


ABŞ-ın əsas investisiya bankının müflisləşməsi və maliyyə sektorunda digər problemlər dünya bazarlarını ikinci gündür lərzəyə gətirərək, əsas indekslərin kəskin enməsinə səbəb olub. Avropanın əsas indeksləri gün ərzində kəskin enib, ABŞ-ın əsas indeksi S and P 500 11 bal düşüb. Asiyada Tokionun Nikkey indeksi və Honq Konq bazarlarında indekslər 5% düşüb. ABŞ prezidenti Corc Buş bildirib ki, hökumət rəsmiləri iqtisadiyyatda baş verən problemlərin həlli ilə məşğuldur. O deyib ki, maliyyə bazarları güclü olaraq qalır və uzun müddət üçün problemlərdən çıxa biləcək.

XS
SM
MD
LG