Accessibility links

General Raymond Odierno ABŞ-ın İraqdakı ordusuna baş komandan təyin edildi


Birləşmiş Ştatların müdafiə naziri Robert Geytsin başçılığı ilə bu gün Bağdadda keçirilən mərasim zamanı general Raymond Odierno Birləşmiş Ştatların İraqdakı ordusuna baş komandan təyin edildi. General Odierno general Devid Petreyası əvəz etdi. Xatırladaq ki, general Petreyas Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinə baş komandan 2007-ci ilin fevral ayında təyin edilmişdi. Bundan sonra isə o, İraq və Əfqanıstan da daxil edilməklə Birləşmiş Ştatların mərkəzi ordusuna başçılıq edəcək.

Bununla yanaşı xəbər verilir ki, İraqda son zamanlar zorakılıqların azaldığının deyilməsinə baxmayaraq, dünən həyata keçirilən 3 bomba hücumu 34 nəfərin ölümünə səbəb olub.

XS
SM
MD
LG