Accessibility links

Dehlidə partlayış zamanı ölənlərin sayı 3-ə çatıb


Dünən Dehlinin Mehrauli bazarında baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb. ABŞ-ın Hindistandakı səfiri Hindistan xalqının dərdinə şərik olduğunu bildirib. Deyvid Malford partlayışdan kədərini bildirib. BMT baş katibi Ban Ki-Mun isə Hindistanda mülki vətəndaşları hədəf alan ardıcıl partlayışlardan narahatlıq hissi keçirdiyini deyib. Dünən Dehlidə gül bazarında baş verən partlayış zamanı 13 yaşlı oğlan həlak olmuş, 20 nəfər isə yaralanmışdı. Polis deyib ki, şahidlər 2 nəfərin motosikletlə keçərək bazarın qarşısına plastik çanta atdığını görüb. Oğlan isə çantanı yiyəsinə qaytarmaq istəyərkən bomba işə düşüb. Qatil hadisə yerindən qaça bilib.


XS
SM
MD
LG