Accessibility links

Türkiyə İraq sərhədində hücumlarını davam etdirəcək


Türkiyə parlamenti bu gün İraqın şimalında kürd yaraqlılarına qarşı hərbi əməliyyatların müddətinin uzadılmasına dair səsvermə keçirib. Türk qanunvericilər 511: 18 nisbətində sərhəd boyu hərbi missiyanı daha bir il uzalmasına razılıq verib. Səsvermə PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının İraq sərhəddi yaxınlığında 17 türk əsgərini öldürməsindən qısa bir müddət sonra keçirilib. Hadisədən sonra Türkiyə ordusu əks hücuma keçib. Məlumata görə, yaraqlıların sığınacaqlarını hədəf alan reydlər zamanı 20-dən çox döyüşçü öldürülüb. Türk ordusunun rəsmiləri kürd liderlərini yaraqlıların əməliyyatlarına göz yumaraq, türk qüvvələrilə əməkdaşlıq etməməkdə günahlandırır. İraqın regional kürd hökuməti PKK –nı dəstəkləmədiyini bildirir.
XS
SM
MD
LG