Accessibility links

Azərbaycanda səsvermə başa çatdı


Azərbaycanda müxalifətin boykotu ilə müşayiət olunan prezident seçkiləri keçirilib. Artıq səsvermə başa çatıb. Prezident İlham Əliyevin bugünkü seçkilərdə böyük üstünlüklə qələbə çalacağı gözlənilir. 6 müxalifət partiyasının lideri cənab Əliyev hökumətini seçkiləri saxtalaşdırmaqda və müstəqil jurnalistləri həbs etməkdə günahlandıraraq, seçiciləri səsverməyə getməməyə çağırıb. Müxalifət habelə Avropa və Birləşmiş Ştatları neftlə zəngin Azərbaycanın demokratik islahatlar aparması üçün təzyiq göstərməməkdə günahlandırır. Cənab Əliyev hökuməti bugünkü seçkilərin ölkənin tarixində ən demokratik seçkilər olacağını bildirib.

XS
SM
MD
LG