Accessibility links

Kəşmirdə seçkilər noyabrda olacaq


Hindistan seçki komissiyasının açıqlamasına görə, Kəşmir yeni hökumətin formalaşması üçün seçkiləri noyabr ayında keçirməyə başlayacaq. Kəşmir iyul ayından bəri federal qanunlar altında idarə olunur. Bu, müsəlmanların çoxluq təşkil etdiyi regionda Hindistan əleyhdarlarının yeni nümayişləri ətrafındakı mübahisələr səbəbilə hökumətin dağılmasından sonra baş verib. Komissiya deyir ki, səsvermə noyabrın 17-dən dekabrın 24-dək keçiriləcək. Kəşmirin Hindistandan ayrılmasını istəyən separatçılar seçkilərin əleyhinədir. Son aylar Hindistan Kəşmiri 1989-cu ildən bəri müstəqillik tərəfdarlarının ən böyük etiraz aksiyalarına səhnə olub. Separatçılar 1989-cu ildə Kəşmirin müstəqillik əldə etməsi və ya Pakistana birləşdirilməsi uğrunda mübarizəyə başlayıb.

XS
SM
MD
LG