Accessibility links

Beynəlxalq Valyuta Fondunun direktorunun işilə bağlı istintaq gedir


Beynəlxalq Valyuta Fondu quruma rəhbərlik edən Dominik Ştraus-Kanın fondda çalışan qadınla qeyri-münasib əlaqələrinə görə istintaq aparıldığını bildirir. Qurumun hüquqşünasları iddialarla bağlı müstəqil istinataqa başlayıblar. Bu haqda məlumatı dünən “Uol Strit Jornal” qəzeti verib.

Təhqiqat Straus-Kanın Beynəlxalq Valyuta Fondunun rəhbəri kimi səlahiyyətlərindən sui-istifadə edərək qurumun işçisi Piroska Nagiyə münasibətdə favoritizim göstərib-göstərmədiyini müəyyənləşdirəcək. Fondun rəsmisi olmuş Piroska Nagi artıq qurumu tərk edib.

Fransanın keçmiş maliyyə naziri olan Straus-Kan bu iddiaları rədd edərək, istintaqın gedişinə kömək etdiyini bildirib. İşlə bağlı hesabatın bu ayın sonunda açıqlanacağı gözlənilir.

XS
SM
MD
LG