Accessibility links

Asiya-Avropa ölkələrinin sammiti Pekində işinə başladı


Qlobal iqtisadi böhranla bağlı bu gün Pekində Asia-Avropa ölkələrinin sammiti işinə başlayıb. İki günlük sammitdə iştirak edən 40-dan çox Asiya və Avropa dövlətlərinin liderləri iqlim dəyişikliyi, inkişaf və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edirlər. 10 üzvlü Cənubi Asiya ölkələri Assosiasiyası ASEAN bu gün region üçün 80 milyard dollarlıq fövqəladə fond yaradılması barədə razılıq əldə edib. Razılıq fondun 80%-ini təmin edəcək Yaponiya, Çin və Cənubi Koreya ilə əldə edilib.

XS
SM
MD
LG