Accessibility links

Prezidentliyə namizədlər son kampaniyalarını aparırlar


ABŞ prezidentliyinə namizədlər Con Makkeyn və Barak Obama kampaniyalarının son həftəsi qələbə üçün olduqca böyük əhəmiyyət daşıyan iki ştatda kampaniya aparır. Həm respublikaçı, həm demokrat namizədlər Pensilvaniya və Ohayoda bu gün seçicilərlə görüşəcəklər. Ölkə üzrə keçirilmiş rəy sorğularına görə, demokrat senator Arizona ştatında respublikaçı senatordan 7%-dən bir qədər artıq fərqlə irəlidədir. Senator Obamanın yardımçılarının bildirdiyinə görə, o, bu gün çıxışlarında “son dəlilləri” gətirəcək. Respublikaçı senator Makkeynin yürüşləri “Qələbəyə aparan yol” şüarı altında davam etdirəcəyi bildirilir. Bu arada, vitse-prezidentliyə namizəd Sara Peylin Virciniya ştatında tədbirdə iştirak edib. Onun demokrat həmkarı Co Bayden isə Şimali Karolina ştatında kampaniya aparıb.

XS
SM
MD
LG